Ermənistan əhalisi Azərbaycanla sərhədyanı bölgələrdə yaşamaq istəmir.
Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, son 1 ildə ermənilər bu əraziləri kütləvi şəkildə tərk etməyə başlayıblar.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzurda ermənilər daha bir kənddən çıxırlar
Məlumata görə, əhali ən çox Zəngəzur mahalını (Sünik vilayəti) tərk edib. Belə ki, 2020-ci il yanvarın 1-dən bu vilayəti 1 300 nəfər tərk edib.
Bundan başqa, Azərbaycanla sərhəddə olan Tavuş vilayətindən 800, Gegarkunikdən 300, Vayoz Dzordan isə 200 nəfər köçüb.
Bizim.Media