AQTA zərərvericilərlə bağlı qabaqlayıcı tədbirlər həyata keçirir - FOTO 

AQTA zərərvericilərlə bağlı qabaqlayıcı tədbirlər həyata keçirir - FOTO 

Hazırda oxunan: AQTA zərərvericilərlə bağlı qabaqlayıcı tədbirlər həyata keçirir - FOTO 

129165

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığı ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirir. 

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. 

Bildirilib ki, tədbirlər çərçivəsində Agentliyin fitosanitar müfəttişləri tərəfindən Qazax rayonunun Sadıqlı və İkinci Şıxlı kəndlərində fərdi evlərə, əkin sahələrinə, xüsusi tikililərə və digər ictimai yerlərə təkrar baxış keçirilib.
Baxış zamanı qəhvəyi mərmər bağacığının yayılma arealının müəyyən edilməsi və mexaniki mübarizə tədbirləri məqsədilə feromon tələlər asılıb. Eyni zamanda yerli əhaliyə zərərvericinin vurduğu ziyanlar haqqında məlumat verilib, həmçinin maarifləndirici buklet və bannerlər paylanıb, müvafiq yerlərə yapışdırılıb. 

Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.

Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər həyata keçirmələri xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətti”nə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə edə bilərlər. 

Əlaqə üçün: (+994 99) 708 85 88 (Qərb rayonları üzrə) 

(+994 99) 308 85 88 (Şimal qərb rayonları üzrə). 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO