Mirzə Ələkbər Sabirə “Allahsız” deyənlərə CAVAB – Şairin mərsiyələr dediyi tarixi məsciddən FOTOREPORTAJ

Mirzə Ələkbər Sabirə “Allahsız” deyənlərə CAVAB – Şairin mərsiyələr dediyi tarixi məsciddən FOTOREPORTAJ

Hazırda oxunan: Mirzə Ələkbər Sabirə “Allahsız” deyənlərə CAVAB – Şairin mərsiyələr dediyi tarixi məsciddən FOTOREPORTAJ

129089

Sabirabad rayonu ərazisində tarixi və mədəni əhəmiyyəti olan məscidlərdən biri də Şamaxılı məscididir. Ötən əsrdə Şamaxı zəlzələsindən sonra Sabirabada köçən Şamaxı sakinləri tərəfindən inşa olunan məsciddə hətta dəfələrlə Mirzə Ələkbər Sabir mərsiyələr də deyib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Sabirabaddakı Şamaxılı məscidi  1900-ci ildə tikilib və hazırda Sabirabad rayonunun İsmət Qayıbov küçəsində yerləşir.
 

MÖVZU İLƏ BAĞLI:

Məscidlərdə əməkhaqlarının verilməsində GECİKMƏLƏR – Müqəssir hansı qurumdur? – RƏSMİ AÇIQLAMA 


Məscid düzbucaq formadadır və kərpicdən inşa olunub. Sözügedən məscid haqqında danışan Səidə Hüseynova bildirir ki, ibadət evi Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçən Şamaxı sakinləri tərəfindən inşa olunub. 

"Həmin vaxt Sabirabada köçən Şamaxılılar yığışıblar və onlardan Məşədi Qədir, Molla Kərbəlayı, Məşədi Sadıq və Kərim qardaşları hər biri özləri başda olmaqla  sakinlərdən pul toplayaraq məscidi tikiblər. Bu məscidin ilk axundu Molla Müseyib Şərifzadə olub. İlk azan verəni mənim babam İbadulla kişi, ilk xidmətçisi də qadınlardan Nisə xala olub".
Sovet dövründə Şamaxılı məscidi yox olmaq təhlükəsi ilə üzləşib və onun fəaliyyəti dayandırılıb. Əvvəlcə yataqxana kimi fəaliyyət göstərib. Ardınca bina yanğınsöndürmə dəstəsinə verilib.

Hətta taxıl anbarı da olub. Sonradan  məscidin fəaliyyəti bərpa edilib. Şamaxılı məscidi ilə bağlı maraqlı məqamlardan biri də dahi şairimiz Mirzə Ələkbər Sabirlə bağlıdır. 

Səidə Hüseynova bildirir ki, böyük satirik şairimiz Mirzə Ələkbər Sabiri ateist kimi təqdim etmək olduqca yanlışdı. 

“Əksinə, hər Məhərrəm ayında Mirzə Ələkbər Sabir, ömrünün sonuna qədər, yəni 1911-ci ilə kimi, bu məscidə gəlib, mərsiyələr deyib. Mərsiyələr deyən şair necə ateist ola bilər?

Əgər o həqiqətən “Allahsızlığı” təbliğ edirdisə, mömin insanlar onu məscidə onu necə buraxırdılar? Sabirin ateist olması sovet dövrünün məhsulu idi. Bu məsciddə Sabirin xatirələri bu gün də yaşayır". 

Qeyd edək ki, məscid 2001-ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb və qorunur.












Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO