Nazirlikdən Gəncə şəhər stadionu ilə bağlı AÇIQLAMA

Nazirlikdən Gəncə şəhər stadionu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Nazirlikdən Gəncə şəhər stadionu ilə bağlı AÇIQLAMA

129088

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun ot örtüyündə yaranmış problemlə bağlı Gənclər və İdman Nazirliyi açıqlama yayıb. 

Bizim.Media xəbər verir ki, nazirlik stadionun onlara məxsus olduğunu, lakin “Kəpəz”in istifadəsinə verildiyi üçün ot örtüyünə onların baxmalı olduğunu bildirib: 

“Gəncə şəhər stadionu, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona xidmət məsələləri, o cümlədən də ot örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir”. 
Qeyd edək ki, “Kəpəz”in Premyer Liqanın 28-ci turunda “Səbail”ə qarşı keçirdiyi oyundan sonra stadionun ot örtüyünün durumu böyük müzakirələrə səbəb olmuşdu. Hətta qonaq komanda durumdan şikayətini bildirmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO