İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

129050

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidenti Düşənbədə İsmoili Somoni abidəsini ziyarət etdi


Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Tacikistanın Dövlət himnləri səslənib.

Prezident İlham Əliyev əsgərləri salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçibər.

Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli Rəhmona təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdiriblər.
 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO