Məktəb direktoru dövlət pulunu mənimsəyib - Cinayət işi başlandı

Məktəb direktoru dövlət pulunu mənimsəyib - Cinayət işi başlandı

Hazırda oxunan: Məktəb direktoru dövlət pulunu mənimsəyib - Cinayət işi başlandı

129032

Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bərdə rayon prokurorluğu yayıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO