Ermənistan türk malları alır - Qadağa pozuldu

Ermənistan türk malları alır - Qadağa pozuldu

Hazırda oxunan: Ermənistan türk malları alır - Qadağa pozuldu

12894

Ermənistan türk malların qoyduğu qadağanı özü pozur.

Bizim.Media Ermənistan qəzetlərinə istinadən məlumat verir ki, hökümətin Türkiyə mallarına qoyulmuş qadağasına baxmayaraq, ölkəyə türk mallarının idxalı davam etdirilir.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Türkiyə mallarına qoyulan qadağanı uzatmaq fikrindədir


Qəzet Ermənistan hakimiyyətinin 31 dekabr 2020-ci il tarixində qüvvəyə minən və Türkiyədən gətirilən məhsullara qadağa qoyulması ilə bağlı rəsmi qərara əməl edilmədiyinə diqqət çəkir.

Qərara əsasən, sahibkarlara Türkiyə ilə ticarət əlaqələrini dayandırmaq və qarşıdakı iki ay ərzində başqa alternativlər tapmaq tapşırılıb.

Lakin məlum olub ki, qadağanın üzərindən aylar keçməsinə baxmayaraq Türkiyə mallarının ölkəyə gətirilməsi prosesi hələ də davam etdirilir. 

Qəzet Ermənistan hökümətinin də bu məsələdən xəbərdar olduğunu, ancaq hər hansı ciddi tədbir görülmədiyini bildirir.

Əgər Türkiyə məhsullarına qadağa qoyulubsa, buna niyə əməl edilmir? Əgər ticarət davam edirsə, bəs belə bir qadağanın olmasına nə ehtiyyac var? – deyə qəzet qeyd edir.

Ermənistan hakimiyyətinin bu addımı ölkədə mövcud iqtisadi gərginliklə və defolt riski ilə əlaqələndirilir. Ermənistanın alternativ ticarət ortaqları tapmaqdakı uğrusuzluğu hakimiyyəti Türkiyə məhsullarının ölkədə gətirilməsinə göz yummağa məcbur edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO