İŞİD liderlərindən biri ÖLDÜRÜLDÜ

İŞİD liderlərindən biri ÖLDÜRÜLDÜ

Hazırda oxunan: İŞİD liderlərindən biri ÖLDÜRÜLDÜ

128802

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 3-də Suriyada İŞİD-ə zərbə endirib.

Bizim.Media xəbər verir ki, Mərkəzi Komandanlığın məlumatına görə, zərbə nəticəsində terror qruplaşmasının ali liderlərindən olan Xalid Ayd Əhməd əl-Caburi öldürülüb.

Məlumatda bildirilib ki, əl-Caburi Avropada terror hücumları planlaşdırılmasına görə məsuliyyət daşıyıb.

Vurğulanıb ki, onun öldürülməsi terror təşkilatının xarici hücumlar təşkil etmək qabiliyyətini müvəqqəti zədələyəcək.

“CENTCOM-un tərəfdaş qüvvələrlə birlikdə İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları davam edir. CENTCOM İŞİD təhlükəsinin məğlub edilməsinə sadiqdir”, - deyə mərkəzin tvitində bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO