Üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat yekunlaşdı

Üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat yekunlaşdı

Hazırda oxunan: Üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat yekunlaşdı

128768

Üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb. 

Müsabiqənin Təşkilat Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 17 fevraldan start götürən qeydiyyat prosesi 31 mart 18:00-da tamamlanıb. Bu müddətdə 13474 şəxs qeydiyyatdan keçib. 

Bununla da üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciətin ötən illərlə müqayisədə daha çox olduğu qeydə alınıb. Qeydiyyatdan keçənlərin 10237-si kişi, 3237-si qadındır. Üçüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 6268 namizəd öncəki müsabiqələrdə də iştirak ediblər. 
Qeydiyyat mərhələsi ərzində bölgələrdə əhalinin “Yüksəliş” müsabiqəsinə əlçatanlığını təmin etmək, qeydiyyat mərhələsində texniki dəstək göstərmək, müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq məqsədilə 21 fevraldan 15 martadək “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun nümayəndələri 19 bölgəyə səfər ediblər. Ümumilikdə qeydiyyatdan keçənlərin ərazi üzrə bölgüsündə Bakı, Abşeron-Xızı, Lənkəran-Astara, Gəncə-Daşkəsən şəhərlərindən olan namizədlər üstünlük təşkil edirlər.

Müsabiqədə iştirak üçün mümkün yaş aralığının 21-51 yaş olduğunu nəzərə alaraq müraciət edənlər arasında 21-30 yaşda olan 5050 nəfər, 41-51 yaş aralığında isə 1625 nəfər namizəd yer alır. Namizədlərdən 21 yaşı olan iştirakçı sayı 33, 51 yaşında isə 10 nəfər təşkil edir. 

Hazırda müsabiqənin İşçi qrupu qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata keçirir. Qarşıda iştirakçıları Ümumi biliklər üzrə onlayn mərhələnin ilk sınaq imtahanı gözləyir. İmtahanda Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok və hər bloka aid 25 sual təqdim olunacaq. 
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. 

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO