Türkiyənin yerli və milli avtomobili "TOGG" Prezident İlham Əliyevə təqdim ediləcək.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, “TOGG”u ikinci alan şəxs Azərbaycan Prezidenti olacaq.
Məlumata görə, yerli avtomobil İlham Əliyevə sabah Bakıda keçiriləcək mərasim zamanı təqdim ediləcək. Avtomobilin açarlarını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkə başçısına verəcək.
Qeyd edək ki, "TOGG"un ilk nümunəsi bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Bizim.Media