Dünyanı gəzmək, yeni yerlər görüb, yeni mədəniyyətlər kəşf etmək çoxlarının arzusudur. Digər tərəfdən, bir çoxları istirahət üçün də xarici ölkələrə üz tuturlar.
Ölkəmizdə xaricə səfər etmək istəyənlərin getmək istədiyi yerlər içərisində Avropa ölkələri də ön plandadır. Əksər Avropa İttifaqı ölkələrinə səfər etmək üçün isə Şengen vizası tələbi mövcuddur.
Bəs, Şengen vizası nədir? Onu necə əldə etmək olar?
Mövzu ilə bağlı turizm eksperti Zaur Məmmədli Bizim.Media-ya açıqlama verib.
Onun sözlərinə görə, Şengen vizası almaq üçün müvafiq sənədləri toplayaraq, səfər etməyi istədiyiniz ölkənin səfirliyinə və ya konsulluğuna müraciət etmək lazımdır:
“Lazımi sənədlər isə iş yerindən arayış, bank hesabı, pasport və şəxsiyyət vəsiqəsinin sürəti, bilet rezervasiyası və tibbi sığorta haqqında arayışdır. Tələb olunan dövlət rüsumu isə 35 avrodur. Şengen vizası 3 ay müddətinə qüvvədə qalır və istifadə etmək mümkün olur”.
Məlumat üçün bildirək ki, Şengen sözü Lüksemburqun kiçik bir şəhərinin adından götürülüb. 1985-ci il iyunun 5-də bu şəhərdə Avropa ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan saziş imzalanıb.
Avropa İttifaqına daxil olan İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyil. Bununla yanaşı, Aİ-yə üzv olmayan İslandiya və Norveç də Şengen sazişinə qoşulmuş ölkələrdir.
Ziya Yaqubzadə, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 04.04.2023
Hansı ölkələrə səfər etmək üçün Şengen vizası tələb olunur? – SİYAHI
Hazırda oxunan: Hansı ölkələrə səfər etmək üçün Şengen vizası tələb olunur? – SİYAHI
Hazırda oxunan: Hansı ölkələrə səfər etmək üçün Şengen vizası tələb olunur? – SİYAHI
128715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.