Rasim Balayev Şəfiqə Məmmədovanı necə yaralayıb? - VİDEO

Rasim Balayev Şəfiqə Məmmədovanı necə yaralayıb? - VİDEO

Hazırda oxunan: Rasim Balayev Şəfiqə Məmmədovanı necə yaralayıb? - VİDEO

128637

Xalq artisti Rasim Balayev “Dədə Qorqud” filmi zamanı başına gələn xoşaqəlməz hadisədən söz açıb.  

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Ötən günlər” verilişində həmkarı, Xalq artisti Şəfiqə Məmmədovanı yaraladığını açıqlayıb. 

“Ox atdığım yerdə Şəfiqə Məmmədova və başqa aktyorlar yığışıb baxırdılar. Oxu atdım, ucunda dəmir var idi. Getdi dəydi Şəfiqə Məmmədovanın qoluna. Qolunu qan götürdü. Qayıtdı ki, sən məni qəsdən vurdun. Dedim ki, mən o yana atırdım, gəldi sənə dəydi”. 
Qeyd edək ki, rejissoru Tofiq Tağızadə, ssenari müəllifi Anar Rzayev və bir çox məşhur aktyorların rol aldığı “Dədə Qorqud” ekran əsəri 1975-ci ildə lentə alınıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO