Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb. İdmançımız bu uğura İtaliyada təşkil edilən “Paolo d’Aloja” memorialında imza atıb.
Bizim.Media Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadən xəbər verir ki, İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada təmsilçimiz bir nəfərlik qayıqla 2 min məsafəyə təsnifat mərhələsində üçüncü olub və finala vəsiqə qazanıb.
Olduqca gərgin idman mübarizəsi şəraitində keçən final yürüşündə isə idmançımız ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.
Finişə üçüncü çatan Özbəkistan təmsilçisi, “Tokio-2020” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə ayırıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:54 / 03.04.2023
Avarçəkənimiz İtaliyada qızıl medal qazandı - FOTO
Hazırda oxunan: Avarçəkənimiz İtaliyada qızıl medal qazandı - FOTO
Hazırda oxunan: Avarçəkənimiz İtaliyada qızıl medal qazandı - FOTO
128625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.