“Hədiyyənin mənim üçün heç bir fərqi yoxdur. Ümumiyyətlə, hədiyyə sevmirəm. Ola da bilər, olmaya da… Heç kimdən də hədiyyə gözləmirəm. Mütləq kimsə mənə hədiyyə verməlidir? Xeyr! Heç kimin heç kimə borcu yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Sözbaz” verilişinə müsahibəsində deyib.
Xanəndə heç kimdən hədiyyə gözləməsə də, hər bayramda həyat yoldaşı Elxandan hədiyyə aldığını etiraf edib:
“Həyat yoldaşımsan və mütləq mənə hədiyyə almalısan kimi məsələ hansı kitabda yazılıb? Heç nə istəmirəm. İstəsə hədiyyə alıb verəcək. Hədiyyə almağa cibində pulu yoxdursa, canı sağ olsun. Amma həyat yoldaşım hər bayramda mənə hədiyyə alır”.
“Qonşudan qalma geri” prinsipinə düşən E.Abdullayeva həmkarları kimi o da üzündə estetik və kosmetoloji prosedurlar etdirəcəyini açıqlayıb:
“Fikrim var ki, üzümdə bəzi estetik müdaxilələr edim. Hamı edir, gərək mən də edim. Bəlkə yeganə xanım sənətçiyəm ki, “bəzək-düzək”dən zəhləm gedir. Bəzənmək məni ortbitimdən çıxarır. Toya gedəndə bəzənməkdən zəhləm gedir”.
Rəşad Əliyev, Bizim.Media