Abramoviç Putinin keçmiş müəlliminə Təl-Əvivdə mənzil alıb - FOTO

Abramoviç Putinin keçmiş müəlliminə Təl-Əvivdə mənzil alıb - FOTO

Hazırda oxunan: Abramoviç Putinin keçmiş müəlliminə Təl-Əvivdə mənzil alıb - FOTO

128548

“Washington Post” qəzeti Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ilə birlikdə rusiyalı milyarder Roman Abramoviçlə Rusiya prezidenti Vladimir Putin arasında maliyyə əlaqələrini sübut edə biləcək sənədləri üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, söhbət 2000-ci illərin ortalarında bağlanmış ianə müqaviləsindən gedir. Müqaviləyə görə Kiprdə Abramoviçin nəzarətində olan bir şirkət İsrail vətəndaşı Mina Yuditskaya-Berlinerə 245 min dollar köçürüb. 

Həmin gün o, Təl-Əvivin mərkəzində kiçik bir mənzilin sahibi olub.

Yuditskaya-Berliner Putinin keçmiş alman dili müəllimidir. O, 1970-ci illərdə İsrailə mühacirət edib. 2005-ci ildə Putin İsrailə səfəri zamanı onunla görüşüb. Media Putinin ona kiçik mənzil almağa kömək etdiyini yazıb, lakin hansı köməkdən söhbət getdiyi barədə məlumat verilməyib.

“Washington Post” qəzetinin yazdığına görə, mənzili almaq üçün pul Rusiya prezidentindən deyil, Abramoviçin nəzarətində olan ofşor hesabdan gəlib. Amerika nəşri qeyd edir ki, bunu bu yaxınlarda aşkar edilmiş maliyyə hesabatları sübut edir.
Yuditskaya-Berliner 2017-ci ilin dekabrında 96 yaşında vəfat edib. O, mənzili Rusiyaya vəsiyyət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO