Kürdəmirdə aprel şəhidinin xatirəsi anıldı - FOTO

Kürdəmirdə aprel şəhidinin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Kürdəmirdə aprel şəhidinin xatirəsi anıldı - FOTO

128525

Kürdəmirdə aprel şəhidi, “Azərbaycan bayrağı” ordenli pilot, baş leytenant Əbubəkir İsmayılov anılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına   şəhid olmuş baş leytenan Əbubəkir İsmayılovun bir vaxtlar böyüyüb boya başa çatdığı evinin qarşısında yerləşən barelyefi ziyarət olunub.

Anım mərasimində Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov, rayon hüquq mühafizə orqanı əməkdaşları, hərbiçilər, idarə, müəssisə, təşkilat eləcə də rayon içtimayətinin nümayəndələri, şəhid ailələri  iştirak ediblər.
Əvvəlcə şəhidin barelyefinin qarşısına tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
Sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 2016-cı ildə erməni təcavüzkarlarına qarşı keçrilən Aprel döyüşlərinin qələbəmizin başlanğıcı olduğunu dilə gətiriblər.

Həmin döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlarından  söhbət açıblar. Bildirilib ki, Aprel döyüşlərində şəhid olan qəhrəman şəhidlərimizdən biri də baş leytenant pilot Əbubəkir İsmayılovdur. Onlar 3 dost, 3 pilot Əbubəkir İsmayılov, Ürfan Vəlizadə və Təbriz Musazadə Mİ-24 helikopteri ilə düşmənlə axıra kimi mübarizə aparmış və sonda şəhidlik zirvəsinə ucalmışlar.

Şəhidin anası Rəna İsmayılova anım gününün təşkilinə görə rayon içtimayyətinə minnətdarlığını bildirərək qeyd edib ki,  müharibə şəraitində olan ölkəmizdə yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhda böyüməsi vacib amillərdən biridir.

Qeyd edək ki, şəhid pilot baş leytenant Əbubəkir İsmayılov 10 fevrel 1990-cı ildə Kürdəmir şəhərində anadan olub.

2005-ci ildə Cəmşid Naxcıvanski adına hərbi liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Əbubəkir daha sonra Azərbaycan Ali hərbi təyyarəçilik məktəbinə daxil olub. Baş leytenant Əbubəkir İsmayılov aprel döyüşlərində mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birlikdə idarə etdiyi Mİ-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə Lələtəpə yüksəkliyinin alınmasında  iştirak edib.
Döyüşlər zamanı Mİ-24 helikopteri düşmən tərəfindən vurulub və helikopterdə olan heyət uzvləri qəhrəmancasına şəhid olub.

Şəhid Əbubəkir İsmayılovun və döyüş yoldaşlarının cənazəsi Bakı şəhərində yerləşən 2-ci xiyabanda dəfn olunub.

Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəmcamı ilə “Azərbaycan Bayrağı”ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.














Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO