Yağıntılı hava şəraiti bu gün tədricən dayanacaq

Yağıntılı hava şəraiti bu gün tədricən dayanacaq

Hazırda oxunan: Yağıntılı hava şəraiti bu gün tədricən dayanacaq

128509

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 2-si gündüzdən tədricən kəsiləcək, ayın 3-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Qeyd edək ki, aprelin 2-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, aprelin 1-i gündüzdən qərb küləyi tədricən mülayimləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO