Qazaxıstanda da separatizm baş qaldırdı - Petropavlovsk  sakinləri “müstəqillik” istəyir - VİDEO

Qazaxıstanda da separatizm baş qaldırdı - Petropavlovsk  sakinləri “müstəqillik” istəyir - VİDEO

Hazırda oxunan: Qazaxıstanda da separatizm baş qaldırdı - Petropavlovsk  sakinləri “müstəqillik” istəyir - VİDEO

128507

Rusiya ilə həmsərhəd olan Şimali Qazaxıstan vilayətində (Qazaxıstanın şimal hissəsindəki vilayət, inzibati mərkəzi Petropavlovsk şəhəridir – red.) təxminən iyirmi yerli sakin “müstəqillik, muxtariyyət və suverenlik” barədə çağırış edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan mətbuatı yayıb.

“Biz azad  insanlar, kişilər və qadınlar, Şimali Qazaxıstan vilayətinin Petropavlovsk şəhərinin sakinləriyik. İnsanların həyatı üçün əlverişsiz şərait yaradılıb. Biz öz müstəqilliyimizi, muxtariyyətimizi və suverenliyimizi elan edirik”, – qadın internetdə yayılan videoda bildirib.

Onlar Qazaxıstanın təhsil, qida və tibb sisteminə qarşı da çıxış ediblər.

Milli Təhlükəsizlik Komitəsinin Şimali Qazaxıstan vilayəti üzrə Departamenti Qazaxıstan Cinayət Məcəlləsinin “KİV-dən istifadə edərək bir qrup şəxsdə separatizm təbliğatı” maddəsi ilə ibtidai istintaqa başlayıb. Həmçinin rayon polis idarəsinin müstəntiqlərindən ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə prosessual prokurorlar təyin edilib.

“İbtidai istintaq çərçivəsində əməliyyat-istintaq, o cümlədən axtarış  tədbirləri davam etdirilir. Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlana bilməz”, - Qazaxıstan Baş Prokurorluğu mövzunu belə izah edib.

Arbat.media xəbər verir ki, bazar günü, aprelin 2-də  Qazaxıstandan “müstəqillik, təminat və suverenlik” istəyən “fəallar” ölkə başçısına videomüraciət hazırlayıblar.

Video “qəhrəmanları”nın fikrincə, onların “müstəqilliyi, muxtariyyəti və suverenliyi” ilə bağlı ifadələr yalnız oliqarxlara və korrupsioner məmurlara şamil edilib.
 

 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO