Laçına ilk köç bu ilin may ayında baş tutacaq - VİDEO

Laçına ilk köç bu ilin may ayında baş tutacaq - VİDEO

Hazırda oxunan: Laçına ilk köç bu ilin may ayında baş tutacaq - VİDEO

128493

Laçın şəhəri sürətlə müasir görkəminə bürünür. Şəhərin hər yerində fasiləsiz olaraq yenidənqurma işləri aparılır. Məqsəd may ayına qədər Laçını doğma sakinlərinin ilk qayıdışına hazırlamaqdır. Xəzər televiziyasının əməkdaşı  Laçında olub, şəhərdə aparılan yenidənqurma işlərini lentə alıb. Məlum olub ki, Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir.

Bizim.Media xatırladır ki, işğaldan öncə Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub.

İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabr ayında şəhərin baş planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və aparılan işlərin böyük bir qismi artıq bitmək üzrədir.

Yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir...

Şəhərdə yenidən qurulan 8 yaşayış binası 2 və 4 mərtəbədən ibarət olacaq. Evlərin və binaların kommunal infrastrukturu artıq hazırdır.

Şəhərdə 30-dan çox ictimai bina olacaq və onlardan çoxunun inşası başa çatıb. İstifadəyə yararlı binalar isə təmir edilir.

Laçın şəhərinin ərazisində olan yollar 6,8,12 metrədək genişləndirilir. Torpaq sürüşməsinin qarşısının alınması məqsədilə yol kənarı istinad divarları tikilir.

Laçın şəhərində indiyə qədər məscid mövcud olmayıb. Elə bu səbəbdən də çox yaxın zamanda şəhər sakinlərinin ibadəti üçün Heydər Əliyev Fondunun xətti ilə məscid kompleksinin tikintisi nəzərdə tutulur.

Laçın şəhərinə ilk köç bu ilin may ayında planlaşdırılır. Bura köçən sakinlərin məşğulluğu üçün paralel olaraq iş yerlərinin tikintisi də aparılır. Bir sözlə, Laçının laçın vaxtları hələ bundan sonra başlayacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO