Səsvermə bülletenində Ərdoğanın adı birinci yazılacaq

Səsvermə bülletenində Ərdoğanın adı birinci yazılacaq

Hazırda oxunan: Səsvermə bülletenində Ərdoğanın adı birinci yazılacaq

128430

Türkiyənin Ali Seçki Şurası (MSK) qarşıdakı prezident seçkiləri üçün səsvermə bülletenlərində namizədlərin adlarının yer alacağı sıranın müəyyən edilməsi üzrə püşkatma keçirib. 

Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı bülletendə birinci yazılacaq.  

İkinci yerdə Məmləkət Partiyasının sədri Muharrem İncenin, üçüncü yerdə Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlunun, dördüncü – sonuncu sırada isə Ata İttifaqının namizədi Sinan Oğanın adı qeyd olunacaq. 
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO