106 yaşlı döymə ustası “Vogue”nin üzünü BƏZƏDİ - FOTO

106 yaşlı döymə ustası “Vogue”nin üzünü BƏZƏDİ - FOTO

Hazırda oxunan: 106 yaşlı döymə ustası “Vogue”nin üzünü BƏZƏDİ - FOTO

128354

Dünyanın ən yaşlı döymə ustası olan 106 yaşlı filippinli Apo Vanq-Od “Vogue Philippines”dərgisinin siması olub.  

Bizim.Media xəbər verir ki, o, qara mini-top və parlaq muncuqlarla obyektiv qarşısına keçib.

Apo Vanq-Od mambabatok qəbilə döymə sənətinin mühafizəçisidir, bu texnikanı yalnız o və 26 yaşlı böyük qardaşı qızı Qreys Palikas mənimsəyə bilib.  

Aponun öz övladları olmadığı üçün biliklərini başqa qohumlarına ötürür.  

Atası ona belə döymələr etməyi öyrədib. Vanq-Od bu sənətlə 16 yaşından məşğul olur. Tatu yaratmaq üçün usta mürəkkəb əvəzinə kömür və su qarışığından istifadə edir və ucunda iti sünbüllü çubuqla dəriyə rəsm çəkir. Vang-Odun özünün dərisi də həyatının hekayəsini izah edən bir çox rəsmlərlə örtülüb. Onun bədənində tatu ilə həyatı boyunca əldə etdiyi nailiyyətləri, itkiləri və hətta keçmiş sevgililərinin adları belə var.  

Onun müştərilərinin çoxu prosedurun çox ağrılı olduğunu etiraf edir, lakin bu, insanları dayandırmır. Ustadın yaşadığı Kalinqa qəbiləsinin kəndi əsl cazibə mərkəzinə çevrilib. Məkan isə Filippinin paytaxtı Maniladan 15 saatlıq məsafədə yerləşir.
Qeyd edək ki, Apo Vanq-Od 2018-ci ildə “Dangal ng Haraya” mükafatını alıb və 2017-ci ildə Milli Yaşayan Xəzinə Mükafatına namizəd olub. O, həmçinin 85 yaşında “Vogue” üçün poza verən britaniyalı aktrisa Cudi Dençin rekordunu qıraraq dərginin üz qabığında yer alan ən yaşlı model olub. Lakin rəsmi olaraq Ginnesin Rekordlar Kitabındakı bu titul hələ də Dençəyə məxsusdur.

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO