DİM imtahan verəcək şagirdlərə MÜRACİƏT ETDİ 

DİM imtahan verəcək şagirdlərə MÜRACİƏT ETDİ 

Hazırda oxunan: DİM imtahan verəcək şagirdlərə MÜRACİƏT ETDİ 

128290

Aprelin 9-da Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. 

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan verəcək şagirdlər Mərkəzin saytında müvafiq linkdən istifadə etməklə imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. 

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. 
Qeydlər: 

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. 
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. 

Gəncədə yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, “hissə” adlandırılıb və DİM-in saytında hiperlink qoyulub.

Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır. Digər məktəblərin şagirdləri aprelin 16-da imtahan verəcəklər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO