Tehranın əsl simasının RƏSMİ İFŞASI – “Bütün dünya İranı terror yuvası kimi tanıyır”

Tehranın əsl simasının RƏSMİ İFŞASI – “Bütün dünya İranı terror yuvası kimi tanıyır”

Hazırda oxunan: Tehranın əsl simasının RƏSMİ İFŞASI – “Bütün dünya İranı terror yuvası kimi tanıyır”

128216

“İranın quru qoşunlarının komandanı Kiomərs Heydəri tərəfindən söylənilən qeyri-real fikirlərə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən cavab verilməsi tamamilə məntiqlidir. Buna XİN səviyyəsində də cavab verilə bilərdi, amma hərbi rütbəli şəxsin bəyanatına, elə hərbi qurum cavab verməlidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Belə ki, Müdafiə Nazirliyinin yaydığı bəyanatda İranın terrora dəstək verən dövlət kimi təqdim olunmasını şərh edən politoloq bildirib ki, cənub qonşumuzun rəsmi dövlət səviyyəsində terroru dəstəkləməsi və təşviq etməsi artıq bütün dünya ictimaiyyətinə bəllidir: 

“Bu gün dünyada İran terror yuvası kimi xarakterizə olunur. İran yaxın Şərqdə öz proksiləri vasitəsilə bir sıra terror-təxribat fəaliyyətlərini icra etməkdədir. Hətta, bu azmış kimi keçən il Ukrayna və Qarabağa SEPAH əməkdaşları da göndərilib. Ukraynaya göndərilənlərə Rusiya hərbçilərinə PUA-dan istifadə təlimatlarını vermək, ikincilərə isə Xankəndidə yerləşməklə separatçıları Azərbaycana qarşı yeni təxribatlara hazırlamaq vəzifəsi verilmişdi.

Bununla yanaşı bu il İran tərəfindən Zəngəzurda yeni təxribatın hazırlanması barədə də məlumatlar yayılıb. Bütün bu yarlıqlar molla rejimin siyasi və dini hakimiyyətinin boynundan asılı olduğu halda, İran generalı Azərbaycanı hansısa terorçu dəstələri himayə etməkdə ittiham etməsi absurddur”.

Amid Əliyev qeyd edib ki, müstəqilliyi tarixində Azərbaycan heç bir zaman öz ərazisində hansısa terror, təxribat qruplarını yerləşdirməyib: 

“Bunu etməyə Azərbaycan dövlətinin ehtiyacı yoxdur. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında İranı terror dövləti kimi adlandırılması da təsadüfi deyil. Yanvar ayının 27-də Azərbaycan səfirliyinə qarşı həyata keçirilmiş qanlı terror hadisəsinin baş vermə səbəbləri detallı olaraq bu günə qədər Azərbaycana təqdim edilməyib. 

Bu işdə günahı olan və müştərək işləyən İranın hüquq mühafizə orqanlarının əməkdaşları cəzalandırılmayıb. İran rəsmi olaraq Azərbaycan dövlətindən üzr istəməyib. Sadlanan faktları da əlavə etsək, onda İrana bu formada müraciətin məntiqə uyğun olduğunu demək olar.

İran-Azərbaycan münasibətlərinin geləcək seyri ilə bağlı isə onu deməliyik ki, İran siyası və dini hakimiyyəti tamamilə Azərbaycana qarşı olan mövqeyini dəyişməli, baş vermiş terror aktı ilə bağlı lazım olan təbirləri görməlidir.

Bölgədə sülhün təmin olunması istiqamətində addımların atılacağı və Ermənistana təzyiqlərin göstəriləcəyi təqdirdə İranla əlaqlərin yenidən bərpa olunması məsələsinə baxıla bilər. Bu addımlar atılmasa, İran öz məkrli siyasətinə uyğun olaraq “terroru dəstəkləyən dövlət” adlandırılacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO