Məşhur azərbaycanlı blogerin yeni BİZNESİ – FOTO/VİDEO 

Məşhur azərbaycanlı blogerin yeni BİZNESİ – FOTO/VİDEO 

Hazırda oxunan: Məşhur azərbaycanlı blogerin yeni BİZNESİ – FOTO/VİDEO 

128151

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov yeni biznesə başlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə bloger sosial şəbəkə hesabında məlumat yayıb. 

Hüseyn bildirib ki, kiçik mətbəx açaraq orada “suşi rollar”ın hazırlanması və çatdırılması xidmətini istifadəyə verəcək. 

““Banda”(izləyicilərinə hər zaman belə müraciət edir – red.) mən hər zaman istəmişəm özümün xüsusi “suşi rollar”ım hazırlanıb çatdırılması xidmətim olsun. Harada olmağımdan asılı olmayaraq, hansı ölkəyə səfər etdimsə, hər zaman tapıb onların dadına baxıram”, - deyə Həsənov vurğulayıb. 
 

İzləyicisinin “Suşi rolların qiyməti baha olacaq?” sualına bloqer “Qiymətlər hamı üçün əlverişli olacaq” cavabını verib. 

Qeyd edək ki, Hüseyn Həsənovun yaşadığı Moskvanın bir neçə restoran şəbəkəsi var. Bundan başqa, bloger bir müddət əvvəl Dubayda mülklər alacağını və həmin evləri kirayə verəcəyini açıqlayıb. 
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO