Qubada 31 mart- Azərbaycanlıların Soyqırımıı günü ilə bağlı hazırlıq işləri başa çatdı - FOTO 

Qubada 31 mart- Azərbaycanlıların Soyqırımıı günü ilə bağlı hazırlıq işləri başa çatdı - FOTO 

Hazırda oxunan: Qubada 31 mart- Azərbaycanlıların Soyqırımıı günü ilə bağlı hazırlıq işləri başa çatdı - FOTO 

128115

Quba şəhərindəki "Soyqırımı Memorial Kompleksi"ndə 31 mart- Azərbaycanlıların Soyqırımıı günü ilə bağlı hazırlıq işləri başa çatıb.  

Kompleksdən Bizim.Media-ya verilən məlumata görə, kompleksin ərazisində soyqırıma aid iri lövhə( baner), qərənfillərlə yazılmış 31 mart lövhəsi quraşdırılıb.  

31 mart günü 'Soyqırımı Memorial Kompleksi"nin muzeyində soyqırım tarixini əks etdirən kitabların, belaruslu fotoqraf Lev Daşkeviçin 1918-ci il Bakıda və Şamaxıda çəkdiyi ermənilərin törətdiyi soyqırım fotolarının, 9 dildə hazırlanmış bukletlərin sərgisi keçiriləcək.  
Soyqırım günü erməni daşnaklarının törətdiyi soyqırımın canlı sübutu olan Qubadakı "Soyqırımı Memorial Kompleksi"ni 10 minlərlə insanın ziyarət edəcəyi gözlənilir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO