Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı deputat-istintaq komissiyası yaradılır? – Deputatdan CAVAB

Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı deputat-istintaq komissiyası yaradılır? – Deputatdan CAVAB

Hazırda oxunan: Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı deputat-istintaq komissiyası yaradılır? – Deputatdan CAVAB

128080

Xəbər verdiyimiz kimi, martın 28-i gecə saatlarında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa evinin qarşısında sui-qəsdə məruz qalıb. Hadisənin siyasi motivlərlə törədildiyi ilə bağlı iddialar isə kiyafət qədərdir.

Bu isə sui-qəsdin araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması ehtimalını gündəmə gətirib.

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deputat həmkarı Fazil Mustafaya qarşı sui-qəsdin siyasi motivlərinin tədqiqi üçün deputat-istintaq kommisiyasının yaradılmasına ehtiyac olmadığını bildirib:

“Müvafiq dövlət qurumları var və onlar baş vermiş hadisəni araşdırırlar. Hüquq mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti bu işlə məşğuldur. Prezidentin də bununla bağlı xüsusi göstərişi var. İndi araşdırma aparılır. Araşdırıldıqdan sonra yəqin ki, ictimaiyyətə də məlumat veriləcək”.

Rüfət Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO