Bu avtomobillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – Ekspertlərdən PROQNOZ

Bu avtomobillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – Ekspertlərdən PROQNOZ

Hazırda oxunan: Bu avtomobillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – Ekspertlərdən PROQNOZ

128078

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında qərar qəbul edib. 

Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək. Lakin, qərarın qüvvəyə minməsinə xeyli vaxt qalmasına rəğmən yerli bazarda köhnə avtomobillərin qiyməti son 24 saatda 10-15 faiz bahalaşıb. 
Avtosalonlardan birindən əldə etdiyimiz məlumata görə, dünənə qədər 15 min manata satışa çıxarılan avtomobil artıq 17 min manatdan baha satılır. Yəqin ki, bu son qiymət həddi olmayacaq. Yaxın bir ayda köhnə avtomobillər daha çox bahalaşacaq.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, hökumətin bu qərarı ekologiyaya töhfə verməklə izah edilir:

“Dünyada buna bənzər addımlar atan ölkələr az deyil. Azərbaycan hökuməti də havanın təmizliyini qorumaq üçün bu tip addımların atılmasını uyğun görüb. Onun üçün də qərar məntiqli görünür. Lakin burda başqa problemlər var. Bəli, Azərbaycanda avtomobil parkının yenilənməsinə ehtiyac var.

Bunu da tək qadağalarla yox, həm də stimullaşdırıcı tədbirlərlə həyata keçirmək lazımdır. Amma bu qərar ölkədə avtomobillərin qiymətinin kəskin artmasına səbəb olacaq. 

Ən mənfi məqamsa, bu qərar hesabına köhnə avtomobillərin dövriyyəsinin daha da artacağı ilə bağlıdır. Hər kəs əlində olan 25-30 ilin avtomobilini təmir etdirərək, istismar edəcəklər. Belə olan halda, köhnə avtomobillər ətraf mühitə daha böyük zərbə vuracaq”. 

Natiq Cəfərli onu da qeyd edib ki, bu qərarla paralel olaraq stimullaşdırıcı addımlar da olmalı idi:

“Nisbətən yeni avtomobillərə gömrük rüsum və vergilərində güzəştlər edilməliydi. Məsələn, 10 ilin avtomobilinə 10 faiz, 5 ilin avtomobilinə 20 faiz, yeni avtomobillərə isə daha çox gömrük rüsumu və vergi güzəşti edilməliydi. 

Bildiyimiz kimi, ölkəmizə gətirilən avtomobillərin yarı qiyməti qədər gömrük rüsumu və vergi tutulur. Bunu aradan qaldırmaq lazımdır. Unutmayaq ki, “gətirmə” deməklə ekologiya sağlamlaşmır. Əksinə bu cür qərarlar daxili bazarda həyacan yaradır, qiymətləri qaldırır. Ekologiyaya isə daha çox zərər görür”.
Sosial Tətqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədovun fikrincə, bu qərar ətraf mühitin qorunmasına yönəlik addım deyil:

“Belə olsaydı ölkəyə gətirlən köhnə hibrid avtomobillərin akkumlyatorları üçün utilizasiya poliqonununa da diqqət yetirilərdi. Bundan sonra 10 il əvvəl istehsal olunan avtomobilləri ölkəyə gətirmək mümkün olmayacaq. Amma hibrid avtomobillərin akkumlyatorlarını hara gəldi atırlar və bunun ətraf mühitə öldürücü təsiri barədə düşünən hələki yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO