Avropa çempionu Balakəndə böyük coşqu ilə qarşılandı - FOTO

Avropa çempionu Balakəndə böyük coşqu ilə qarşılandı - FOTO

Hazırda oxunan: Avropa çempionu Balakəndə böyük coşqu ilə qarşılandı - FOTO

127986

Xəbər verildiyi kimi ötən ay "Yunan-Roma" güləş növündə  Avropa çempionatında ölkəmizi təmsil edən idmançılar sırasında yüksək nəticə göstərənlərdən biri də Balakənin yetirməsi Murad Əhmədiyev idi. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Avropa çempionu Murad Əhmədiyev ötən gün Balakənə gəlib. Onu rayonda böyük coşqu və ehtiramla qarşılayıblar. 

Əvvəlcə rayon gənclər və idman idarəsində Muradla görüş keçirilib. Daha sonra  Balakən RİH-nin başçısı İslam Rzayev Rumuniyanın Buxarest şəhərində keçirilən çempoinatda  ən yüksək nəticə göstərərək Avropa çempionu adını qazanan Murad Əhmədiyevi qəbul edib.  
Görüşdə Muradla yanaşı onun məşqçisi və digər idmançı yoldaşları da iştirak edib, fikir mübadiləsi aparılıb, idmanın bu növünün inkişafı ilə bağlı rayonda görülən və görüləcək işlərdən danışılıb.

Qeyd edək ki, Murad Əhmədiyev həm də Dünya Kubokunun ikincisidir. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO