Rusiyalı tennisçi Fransa vətəndaşlığını qəbul edəcək

Rusiyalı tennisçi Fransa vətəndaşlığını qəbul edəcək

Hazırda oxunan: Rusiyalı tennisçi Fransa vətəndaşlığını qəbul edəcək

127935

Varvara Qraçyova Fransa vətəndaşlığını qəbul edəcəyini təsdiqləyib.  

Bizim.Media xəbər verir k, rusiyalı tennisçi mövcud vəziyyətə görə bu addımı atmadığını söyləyib:  

“Fransa vətəndaşı olmaq üçün sənədlərimi təqdim edəndə dünyada vəziyyət belə qarışıq deyildi. Heç kim belə olacağını gözləmirdi. Niyə də başqa ölkənin vətəndaşığını qəbul etməyim ki? Belə bir şansım varsa, bundan yararlanmağa hüququm da var. Amma hər şey məndən asılı deyil. Mənim gələcəyimi başqa adamlar da həll edir. Artıq sənədləşmə işi başa çatb. İndiki məqamda əsas işim tennis oynamaqdır”. 
Yeri gəlmişkən, Qraçyovanın artıq mayda start götürəcək “Rolan Qarros” turnirində Fransanı təmsil edəcəyi ilə bağlı məlumatlar dolaşır. Məsələ ondadır ki, Varvar son 6 ildə məşq prosesini məhz Fransanın Kann şəhərində olan Elit Tennis Mərkəzində keçir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO