İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Tehran və Moskva əməkdaşlığı, o cümlədən hərbi sahədə əlaqələr müzakirə olunub.
"Bizim birgə səylərimiz ticarət, turizm və elmi-texniki əməkdaşlıq, eləcə də müdafiə sektorunda əməkdaşlıq üçün zəruri olan infrastrukturun gücləndirilməsinə yönəlib", - Abdullahian deyib.
Qeyd edək ki, İran XİN rəhbəri bundan öncə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:31 / 29.03.2023
İranla Rusiya hərbi əməkdaşlığı gücləndirir
Hazırda oxunan: İranla Rusiya hərbi əməkdaşlığı gücləndirir
Hazırda oxunan: İranla Rusiya hərbi əməkdaşlığı gücləndirir
127931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.