Efirdə şaftalını görən Aysunun halı pisləşdi:

Efirdə şaftalını görən Aysunun halı pisləşdi: "Tüklüdür, diksinirəm" - VİDEO 

Hazırda oxunan: Efirdə şaftalını görən Aysunun halı pisləşdi: "Tüklüdür, diksinirəm" - VİDEO 

127923

Müğənni Aysun İsmayılova canlı efirdə qorxu dolu anlar yaşayıb.  

Bizim.Media xəbər verir ki, sənətçi həmin anları qonaq olduğu "7 canlı" axşam şousunda yaşayıb.  

Belə ki, sözügedən proqramın aparıcısı Vüsalə Əlizadə Aysunla kiçik oyun keçirib. 

İsmayılovanın gözlərini qara parça ilə bağlayan Əlizadə ona təqdim etdiyi qutuda olan əşyanın nə olduğunu tapmasını istəyib. Həyəcandan əlləri əsən ifaçı aparıcının köməyi ilə qutunun içindəki əşyaya barmağını toxundurub.  

Vüsalə Aysunun qorxmaması üçün qutunun içində heyvanın olmadığını bildirib. İsmayılova barmağını əşyaya toxundurduqdan sonra onun "tüklü" olduğunu söyləyib və hürküb.  

Bundan sonra Vüsalə Aysunun gözlərini açıb və qutunun içində şaftalını çıxarıb. Həmin anda meyvəni görən müğənni dərhal studiyada olan divana sarı qaçıb və bu sözləri dilə gətirib:

"Əllərim tərlədi, ona əl vura bilmərəm. Üstü tüklüdür...(oturduğu yerindən ayağa qalxır). O meyvədən diksinirəm".  

Verilişin gedişatında üzləşdiyi çətin anlardan sonra Aysun İsmayılova taxdığı linzalarını gözündən çıxardığını söyləyib.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO