Pornoqrafiya - seksual istək yoxsa psixoloji pozğunluq – REAL HEKAYƏLƏR

Pornoqrafiya - seksual istək yoxsa psixoloji pozğunluq – REAL HEKAYƏLƏR

Hazırda oxunan: Pornoqrafiya - seksual istək yoxsa psixoloji pozğunluq – REAL HEKAYƏLƏR

12786

Boşanmaların sayı ildən-ilə artdıqca get-gedə daha da dərinləşən problemin həlli yolları hər kəsi ciddi şəkildə narahat edir. Səbəblər müxtəlifdir - maddi çətinliklər, ailə quran gənclərin məsuliyyətsizliyi, sevgisizlik, ailə basqısı ilə qurulan evliliklər və s. 

Bu yazıda toxunacağımız problemin təməli isə başqa bir aspektdən irəli gəlir.

XX əsrin sonlarında yaranan internet toru insanlara çox vəziyyətdə rahatlıq gətirməklə yanaşı, bəzi şeyləri əlçatan etməklə bir çox problemlər ortaya çıxardı.
 

MÖVZU İLƏ BAĞLI:

Kişilər niyə xəyanət edir? - SƏBƏBLƏR


İndi bir filmə baxmaq üçün aylarla televiziya proqramlarını izləmək lazım deyil. İstədiyin film sürətli internet vasitəsilə əldə etmək mümkündür. Bu finksional iş insana bir tətəfdən rahatlıq gətirsə də digər tərəfdən böyük faciələrə də yol açıb və açmaqda da davam edir. 

İndi pornoqrafik filmlər insanlar üçün əlçatan olduğu üçün, bir çox şəxslər(statistikaya görə, bu daha çox güclü cinsin nümayəndələridir) vaxtının çox hissəsini, asudə zaman tapan kimi pornoqrafik filmlərə baxmaqla keçirir.
 

Məsum bir filmə baxmaq sözsüz ki, heç bir təhlükə törətmir. Lakin bu məsələ insanın beynində psixoloji pozğunluq yaradırsa, bax, bu işin sonunda əsl faciəyə çevrilir.


Bu günki qəhrəmanlarımız Fəridə və Nüranənin (adlar şərtidir) ailəsi bu səbəbdən dağılıb.

Onlar illərlə ailə daxilində əsl cinsi təcavüzə məruz qalıblar. Üç uşaq anası olan Nüranə öz ayaqları üzərində dayanan, çalışıb özünə və uşaqlarına baxan bir xanımdır.

Lakin bu onun ailə daxilində şiddət görməyinin heç də qarşısını almayıb. Qadının dediklərindən:

“Həyat yoldaşım rəsmən bir pornofilm aludəçisi idi. Güc orqanlarında çalışmağına baxmayaraq, bütün boş vaxtını o filmləri izləməklə keçirirdi. Dəfələrlə buna görə cinsi təcavüzə və işgəncələrə məruz qalmışam. 
 

Filmdə izlədiyi əxlaqsız və işğəncə səhnələrini mənim üzərimdə canlandırmağa çalışdıqda, mən buna etiraz edirdim. “Yox” cavabı aldıqda isə o məni vəhşicəsinə döyərək, cinci təcavüz edirdi.


Üç övladımız var, dəfələrə böyük qızımın gözü qarşısında mənim ağzı-burnum qanıyana qədər döyüb. Son dəfə isə iş yerindən ona vəzifə səlahiyyəti üçün verilən dəmir qandalla gecədən səhərə qədər məni ac - susuz duş otağında boruya bağlayandan sonra özümdə güc tapıb, ondan ayrılmağa qərar verdim”.

Mütəxəssislərin fikrincə, insanlar bir şeyə aludə olduqda bir müddətdən sonra ondan başqa heç nə onlara həzz verə bilmir. Bu da intihara, qətlə qədər gətirib çıxarır.

Psixoloqların fikrincə, pornofilmlərə aludəçilik kişilərdə zaman keçdikcə, ereksiyanın gücünü azaldır və bu sonda cinsi zəiflik, erektil disfunksiya, impotensiya yol açır. Xarici kriminalsitlərin araşdırmalarına görə isə seriyalı qatillərin, uşaq və amansız qətilləri törədənlərin 77 %-i seksual zəiflikdən əziyyət çəkən kişilər olur.

Digər qəhrəmanımız Fəridənin sözlərinə görə isə 5 il evli olmasına baxmayaraq, yoldaşının cinsi probleminə görə, övladları olmayıb. Atasının təkidi ilə zəngin dostunun oğlu ilə ailə quran Fəridə elə ilk gündən ərinin aqressiyası və müəmmalı təklifləri ilə üzləşib. 


“Əvvəllər mən buna o qədər də fikir vermirdim, həyat yoldaşımın xəstəliyi ilə əlaqələndirirdim. Mən onun hər bir problemini həll etmək üçün ona yardımçı olmağa çalışırdım. Müxtəlif müalicələrə gedirdik.

Evliliyimizin ilk günlərində gecələr gec yatırdı, onu səsləsəm də mənə “sən yat, məni gözləmə” deyirdi. Lakin səhər 5-6 –ya qədər yatmırdı.

Daha sonra onun pornofilm aludəçisi olduğunu başa düşdüm. Bunu təsadüf nəticəsində bank kartından ödənilən məbləğləri gördükdə sonra anladım.

Daha sonra o, məndən heç nəyi gizlətmədən, açıq şəkildə edirdi. Sonralar o, məni də bu filmləri onunla izləməyə məcbur elədi. 1 ildən sonra aqressiya ailə daxili zorakılığa çevrildi.
 

O, məni döyməyə, ictimai yerlərdə alçaltmağa səbəb axtarırdı. Mən yenə də bunlara dözürdüm, lakin sonradan onun mənə etdiyi əxlaqsız təklif birdəfəlik ayrılmağıma səbəb oldu.


Bir gün o dostunun ailəsi ilə bizə gələcəyini dedi. Mən də hər bir azərbaycanlı xanımına xas olaraq, yaxşı süfrə açmaq üçün öz hazırlıqlarıma başladım.

Axşam  əlində açıq-saçıq geyimlə evə gələn həyat yoldaşım onu geyinməyimi xahiş etdi. Mən buna etiraz etdikdə isə məni döydü. Məcbur qalıb o donu geyinib, qonaqları qarşılamağa çıxdım.

Evə gələn iki nəfərin kişi olduğunu gördükdə vəziyyətdən şübhələndim. Lakin onun bu dərəcədə alçaqlığa, əxlaqsızlığa əl atacağı fikrini yaxına buraxmaq istəmirdim.

Daha sonra o məni qonaqlarla süfrə arxasında oturmağa məcbur etdi. Gecənin sonunda isə həyat yoldaşım həmin o iki nəfərlə cinsi əlaqədə olmağımı istədi. O, isə “bu anları” lentə almaq istədiyini də dedi. Bu mənim səbr kasamın son damlası oldu”.
 

Dünya statistikasına görə, il ərzində ailələrin 27.7 %-i məhz bu cür ailədaxili zorakılığa və cinsi istismara görə dağılır. Ekspertlər düşünürlər ki, bəzən bu filmlər eynicinslər arasında da şəhvət hissin yaranmasına qədər gətirib çıxarır.


İngiltərənin Essex bölgəsindəki bir ailə psixoloqunun dediklərindən:

“3 il bundan əvvəl bir cütlük terapiya üçün yanımda müalicə alırdılar. Onlar ilk əvvəllər öz seksual həyatlarını rəngarəng etmək üçün bir yerdə mütəmadi olaraq pornofilmlər seyr ediblər. Lakin sonradan qadın bunu tərgitsədə, onun həyat yoldaşında bu aludəçiliyə çevrilib.

Daha sonra isə 35 yaşında o, başa düşüb ki, onun həmcinslərinə də ehtiras hissi var. Müalicə zamanı cütlüklə uzun söhbətlərimizin sonunda bəlli olub ki, kişi bu həvəsə eynicinslərin porno filmlərini izlədikdən sonra gəlib”.

Anatomiyadan da bəllidir ki, insanı idarə edən beyindir. Bütün ətraf mühütdə baş verən hadisələr bizim beynimizə müəyyən siqnallar buraxır.

Zaman keçdikcə isə o, bizim psixoloji tarazlığımızı pozaraq, mələkdən iblisə və ya əksinə iblisdən mələyə çevirmək iqtidarındadır.

Ona görə seçiminizə hər zaman ehtiyatla yanaşın.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO