“Fazilin şübhələndiyi adam yoxdur” - Qardaşı 

“Fazilin şübhələndiyi adam yoxdur” - Qardaşı 

Hazırda oxunan: “Fazilin şübhələndiyi adam yoxdur” - Qardaşı 

127858

Deputat Fazil Mustafanın qardaşı Azər Mustafayev deputatın güllələnməsi ilə bağlı jurnalistlərə açıqlama verib. 

Bizim.Media "Baku TV"yə istinadən xəbər verir ki, o, qardaşının 1-2 günə evə buraxılacağını bildirib.

“Hücum o qapıya çatanda pultla qapını açanda olub. Həmin an atəş açılıb. Avtomatdan 7 atəş açılıb, 2-si dəyib. Hadisə zamanı evdə həyat yoldaşı və qızı olub. Yaralı vəziyyətdə evə girib, polisə və xəstəxanaya zəng ediblər. 

Yəqin ki, sui-qəsd cəhdi sifarişlidir. Özünün şübhələndiyi adam yoxdur. Evin qarşısında kameralar var. Hamısı götürülüb, araşdırılır”. 
 
A.Mustafayev çəkiliş zamanı sui-qəsdin törədildiyi yeri də göstərib. Qeyd edib ki, maşını evin qarşısında saxladığı vaxt atəş açan şəxs evin yan tərəfində dayanıb. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO