“Park Cinema”dan yerli və Türk filmlərinə SUPER endirim

“Park Cinema”dan yerli və Türk filmlərinə SUPER endirim

Hazırda oxunan: “Park Cinema”dan yerli və Türk filmlərinə SUPER endirim

127850

1 apreldən Park Cinema kinoteatrlar şəbəkəsi Azərbaycan və Türk filmlərinə SUPER endirim elan edir. 

Bizim.Media xəbər verir ki, 1 ay boyunca bütün yerli və Türkiyə istehsalı olan filmlər cəmi 5 AZN-dir. 

Aksiyanın məqsədi yerli filmlərin inkişafına təkan vermək və tamaşaçılara filmləri kinoteatrda izləmək vərdişini aşılamaqdır.

Bir ay davam edəcək aksiyada yerli “Elçilik”, “Hozu Cangüdən”, “Evdə qalmış”, “Xənnas” və digərlər filmlər yer alacaq. Qardaş Türkiyə istehsalı olan filmlərdən isə Mahsun Kırmızıgülün yeni “Prestij Meselesi”, Şafak Sezerdən “Kutsal Damcana”, məşhur dram “İncir Reçeli 2” və digər filmlər yer alacaq. 
Qeyd edək ki, Park Cinema kinoteatrlar şəbəkəsinə Park Bulvar, Metro Park, Alov Qüllələri, Zagulba Mall və Aygun Mall-da yerləşən kino mərkəzləri daxildir.

Aksiya ilə bağlı ətraflı məlumat almaq üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO