Bu universitetə yeni prorektor təyin olundu

Bu universitetə yeni prorektor təyin olundu

Hazırda oxunan: Bu universitetə yeni prorektor təyin olundu

127670

Bakı Slavyan Universitetinə (BSU) yeni prorektor təyin olunub. 

Bizim.Media xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nailə Xəndan BSU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Nailə Azad qızı Xəndan 1981-ci ildən Bakı Slavyan Universitetində çalışır.

Müxtəlif illərdə müəllim, baş müəllim, dosent, Pedaqoji fakültənin dekan müavini, BSU-nun nəzdində Dissertasiya Şurasında fəaliyyət göstərən seminarın sədri və elmi katibi, universitetin tərbiyə işləri üzrə prorektoru, Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi şöbəsinin müdiri, Tərcümə problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini və dekan əvəzi vəzifələrində işləyib. 
17 fevral 2022-ci il tarixindən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO