“Victoria's Secret”in mələyi aylar sonra sevgilisi ilə ÜZƏ ÇIXDI - FOTO

“Victoria's Secret”in mələyi aylar sonra sevgilisi ilə ÜZƏ ÇIXDI - FOTO

Hazırda oxunan: “Victoria's Secret”in mələyi aylar sonra sevgilisi ilə ÜZƏ ÇIXDI - FOTO

127638

41 yaşlı braziliyalı model və “Victoria's Secret”in ən gözəl mələklərindən biri Adriana Lima sevgilisi ilə uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.  

Bizim.Media xəbər verir ki, supermodel prodüser Andre Lemmerslə birlikdə Los-Ancelesdə “Air” filminin premyerasında iştirak edib. 

Cütlük münsaibətlərini rəsmiləşdirməsələr də, iki ilə yaxındır ki, birlikdə xoşbəxtdirlər. Keçən ilin avqustunda isə Adriananın Lemmersdən övladı dünyaya gəlib. Və beləcə Lima üçüncü dəfə ana olub. 

Üçüncü varisin dünyaya gəlməsindən sonra çoxları modelin xarici görünüşünün nə qədər dəyişdiyinə diqqət çəkib. 

Limanın bədən quruluşu keçən ilin sonunda müzakirə mövzusu olmuşdu. O zaman Adriana hamiləlikdən sonra ilk dəfə podiuma çıxmışdı. Xarici dəyişikliklərə görə çoxları Adriananı dərhal tanımamışdı. 

Oğlunun doğulmasından yeddi ay sonra podium ulduzunun yeni çıxışı dünyaya bir daha nümayiş etdirir ki, Adriana özündən razıdır və heç də yeni görünüşünü gizlətmək fikrində deyil.

O, dar qırmızı libası ilə bədən quruluşunun  bütün üstünlüklərini ön plana çıxarıb və premyerada həm tək, həm də Lemmerslə qucaqlaşaraq qürurla pozlar verib. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO