Azərbaycanın xam neft və neft məhsullarının ixracından GƏLİRLƏRİ 

Azərbaycanın xam neft və neft məhsullarının ixracından GƏLİRLƏRİ 

Hazırda oxunan: Azərbaycanın xam neft və neft məhsullarının ixracından GƏLİRLƏRİ 

127625

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 5,175 milyon ton (ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon ton çox) xam neft və neft məhsulları ixrac edilib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ixracın dəyəri 3,251 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyard dollar çox olub.

Beləliklə, Azərbaycanın xam neft və neft məhsullarının ixracından gələn gəliri illik hesablamada 13,8% artıb.

DGK-nın məlumatına görə, hesabat dövründə Azərbaycanın ümumi ixracatında xam neft və neft məhsullarının payı 71,91% olub.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və üç boru kəməri (Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan) vasitəsilə dünya bazarlarına nəql olunur. Hazırda Bakı-Supsa boru kəmərinin daşınması dayandırılıb.

Bundan əlavə, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO