Banşevski 75 - Əfsanəvi futbolçumuz haqqında maraqlı FAKTLAR - VİDEO

Banşevski 75 - Əfsanəvi futbolçumuz haqqında maraqlı FAKTLAR - VİDEO

Hazırda oxunan: Banşevski 75 - Əfsanəvi futbolçumuz haqqında maraqlı FAKTLAR - VİDEO

12762

Anatoli Banişevski 1946-cı ildə fevralın 23-də Bakıda dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan futbolunun əfsanəsi kökləri Polşaya uzanan Ukrayna ailəsində doğulub. 
 

MÖVZU İLƏ BAĞLI:

Ümumdünya futbol günü və Anatoli Banişevski - FOTO


Banişevski ilk hetrikini hələ uşaqkən “Lokomotiv”-“Spartak” oyununda reallaşdırıb. 

Sonradan Neftçinin əsas heyətinə düşən futbolçu 1966-cı illdə Azərbaycan klubuna SSRİ-nin bürünc medalını qazandırmağa kömək edib. 

Onun əsas nailiyyəti kimi SSRİ-nin 1966-cı il futbol üzrə dünya çempionatında bürünc medal qazanması göstərilir. 

1972-ci ildə isə Avropa çempionatında SSRİ-nin ikincilik əldə etməsində Banişevskinin məhsuldar oyunu və vurduğu qollar da vacib fakt sayılır. 

Futbolçu Sovet İttifaqı çempionatlarında 136 dəfə toru silkələyib. SSRİ yığmasının heyətində isə 19 qola imza atıb. 1966-cı ildə Neftçiyə qazandırdığı uğurlara görə ulu öndər Heydər Əliyev futbolçuya ev verib. 

1983-cü ildə Neftçidə məşqçilik karyerasına başlayan Banişevski sonradan işini Burkina Fasoda davam etdirib. 

Şəkərli diabetdən əziyyət çəkən əfsanəvi futbolçu və məşqçimiz 1997-ci il, dekabrın 10-da Bakıda vəfat edib.

Bu gün 75 yaşı tamam olan, Azərbaycan futbolunun əfsanəsi Banişevskinin keçirdiyi oyunlardan ən maraqlı epizodları təqdim edirik:

Anar Rəhimov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO