Xanəndədən aparıcıya İRAD: “Sual verirsiniz, özünüz də cavab verirsiniz” - VİDEO

Xanəndədən aparıcıya İRAD: “Sual verirsiniz, özünüz də cavab verirsiniz” - VİDEO

Hazırda oxunan: Xanəndədən aparıcıya İRAD: “Sual verirsiniz, özünüz də cavab verirsiniz” - VİDEO

127596

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Rövşanə Ağasəfqızı arasında canlı efirdə gərgin anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, Rövşanə aparıcısı olduğu “Space Səhər” verilişində “Müğənnilər ailədaxili məsələlərini efirdə danışıb, gündəmə gətirirlər” fikirləri Nigarı özündən çıxardıb. 

Şabanova “Hazırda cəmiyyətin zövqünü körlamasında mətbuat və televiziya günahkardır. Xanəndə olub müğam oxuyanda heç bir sayt və ya sosial şəbəkələrdə çoxsaylı izləyicisi olan səhifələr mənim o cür sənətimi dəyərləndirmədilər.

Azərbaycana neçə ölkələr arasında birincilik gətirəndə heç bir sayt və televiziya işıqlandırmadı. Niyə? Amma Nigar Şabanovanın ailəsində problem oldu, ailəsi dağıldı… Jurnalistlərin ağızlarını bağlaya bilmirdim. Onun üstündə kanalların biri ilə davam oldu. Həmin kanalda mən yoxam” sözlərini dilə gətirib. 
R.Ağasəfqızı isə “Siz bu haqda özünüz danışmasanız, kimin xəbəri olar?” söyləyərək N.Şabanovanın sözünü ağzında qoyub və fikirlərini davam edib. 

Bu anda isə xanəndə aparıcıya “Sual verirsiniz amma cavab verməyə imkan vermisiniz. Öz sualınıza özünüz cavab verirsiniz (gülür). Altı ay ailəmdə olan problemi gizli saxladım. Televiziya aparıcılardan biri evimin içini, sirrimi, sözümü, hər şeyimi bilir. Ona ürəyimi açıb danışdım.

Ailə həyatım dağılandan sonra anladım ki, dostunun da dostu var. Yəni dosta da güvənmək olmaz. Ailəmin dağılması yayıldı. Hamı bir-biri ilə tanışdır.

Gedirəm efirə, öncədən deyirəm ki, şəxsi həyatımla bağlı mənə suallar verməyin. Versəniz, durub efiri tərk edəcəyəm. Amma verdilər… İndi də həmin kanalla münasibətim yoxdur” cavabını verib. 

Rövşanənin “Hülya Avşarın, Sibel Canın ailəsi maraqlıdır. Siz də məşhursunuz, hamıya maraqlısınız” ifadəsinə Nigar “Hülya Avşar mənim üçün heç kimdir. Səsimin, sənətimin yanında heç kimdir. O, nə böyük adamdır, sənəti nədir ki?” sərt şəkildə fikir bildirib. 

Bundan sonra Şabanovanın canlı yayımda mikrofonu söndürülüb.  

Həmin kadrları sizə təqdim edirik: 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO