Reklam qurğularının qurulmasında bu dövlət qurumunun səlahiyyətləri artırılmalıdır — AÇIQLAMA

Reklam qurğularının qurulmasında bu dövlət qurumunun səlahiyyətləri artırılmalıdır — AÇIQLAMA

Hazırda oxunan: Reklam qurğularının qurulmasında bu dövlət qurumunun səlahiyyətləri artırılmalıdır — AÇIQLAMA

127415

"Bu gün Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi, vətəndaşlara xidmətin daha yüksək səviyyədə təqdim olunması, daha asan və bürokratiya olmadan xidmətin göstərilməsi üçün mühüm addımlar atılmaqdadır. "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə yeni dəyişikliklərin edilməsi də bu cəhətdən irəli gəlir".

Bizim.Media xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. 

Deputat vurğulayıb ki, qanun hər bir vətəndaş üçün əlçatan olmalıdır: 

"Hesab edirəm ki, qanun hamı üçün ümumi və kütləvi xarakter daşımalıdır. Ona görə də əgər çox milyonluq şəhərdə hər hansı bir tikintinin aparılması zərurəti yaranırsa, eyni zamanda reklam qurğularının qurulması da daxil olmaqla burada mütləq səlahiyyətli orqan tərəfindən tikinti və şəhərsalma qaydalarına uyğun olaraq tikintinin aparılmasına icazə verilməlidir. Bu proseslərdə mümkün qədər məmur-vətəndaş təmasının aradan qaldırılması zəruridir. Yeni qanun layihəsində məhz bu məsələlər öz əksini tapıb. 

Dövlət Şəhərsalma və Arxitekturası Komitəsi tərəfindən artıq bu cür xidmətlər elektron qaydada həyata keçiriləcək.

Təbii ki, yeni qanun şəhərsalma estetikasının qanunlarla tənzimlənməsinə xidmət edəcək. O cümlədən də vətəndaşların operativ və keyfiyyətli xidmət almasına imkan yaradacaq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO