Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirini 2 medalla başa vurublar.
Bizim.Media xəbər verir ki, yarışın son günündə milli komandanın iki üzvü - Vüqar Talıbov və Camal Qamzatxanov tatami üzərinə çıxıb.
90 kq-da çıxış edən Talıbov startda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq, mübarizəni dayandırıb.
100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb.
Amma rəqib finala çıxdığından Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan yığmasına medalları kişilərdən Turan Bayramov (60 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qazandırıblar.
Onlar müvafiq olaraq fəxri kürsünün 1-ci və 3-cü pilləsinə qalxıblar.
Bizim.Media
![Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurdular Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurdular](https://bizim.media/file/articles/2023/03/26/1679831677_photo_5262748841290090255_y.jpg)
- A-
- A
- A+
İdman
15:39 / 26.03.2023
Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurdular
Hazırda oxunan: Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurdular
Hazırda oxunan: Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurdular
127292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.