Şəhid kapitan Fərid Dursunovun arzusu bu gecə çin olacaq - FOTO

Şəhid kapitan Fərid Dursunovun arzusu bu gecə çin olacaq - FOTO

Hazırda oxunan: Şəhid kapitan Fərid Dursunovun arzusu bu gecə çin olacaq - FOTO

127261

Bu gecə Bakıda keçiriləcək  “Qarabağ”-“Qalatasaray” yoldaşlıq oynunda Qaxdan olan şəhidimizin iki övladı da meydana çıxacaq. 

Artıq İsa və Ömər Bakıdadır və ötən gün “Qalatasaray” yönəticiləri ilə görüşüb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna şəhid kapitanın atası Fazil Dursunov məlumat verib.

Qeyd edək ki, Fərid Dursunov “Qalatasay” klubunun azarkeşi olub. 44 günlük müharibədə yaralı ikən vəsiyyət edib ki, onun məzarı üstündə Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray” klubunun da bayrağı dalğalandırılsın. 
“Artıq üç ilə yaxındır onun vəsiyyətinə uyğun  Fəridin məzarı başında Azərbaycan, Türkiyə bayraqları ilə yanaşı, qızğın azarkeşlik etdiyi klubun da bayrağı orada dalğalanır” deyən  şəhid atası nəvələrinin dəvət edilməsini yüksək qiymətləndirib. 

“Bu bir daha onu göstərir ki, şəhidlər unudulmur. Unudulmursa demək, onlar yaşayır” deyən Fazil Dursunov oyunda şəhidin övladları, İsa və Ömər "Qalatasaray" oyunçuları ilə birlikdə meydana çıxacağı anı səbrsizliklə gözləyir.









Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO