ABŞ-da bu tarixdə uçan taksi xidməti işə başlayacaq - FOTO

ABŞ-da bu tarixdə uçan taksi xidməti işə başlayacaq - FOTO

Hazırda oxunan: ABŞ-da bu tarixdə uçan taksi xidməti işə başlayacaq - FOTO

127249

“United Airlines” və “Archer Aviation”ın birgə əməkdaşlığı çərçivəsində 2025-ci ildə Çikaqoda uçan taksi xidməti fəaliyyət göstərəcək.

Bizim.Media "Fox News" nəşrinə istinadən xəbər verir ki, iki şirkət elektriklə işləyən təyyarə ilə şəhərdə ilk hava taksi marşrutunu işə salmağı planlaşdırdıqlarını açıqlayıb.

Sərnişinlər pik saatlarda trafikdə qalmadan “Archer's Midnight” təyyarəsi ilə şəhərin mərkəzindən hava limanına təxminən 10 dəqiqəyə gedə biləcəklər.

Qeyd edək ki, “United Airlines” keçən il 1 milyard dollarlıq müqaviləyə imza ataraq, 200-ə qədər “Archer” uçan taksisi almağa razılıq verib.

“Archer's Midnight” təyyarəsi eyni anda dörd müştəri daşıya biləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO