Basketbol üzrə Azərbaycan kubokunda finalçılar MÜƏYYƏNLƏŞDİ

Basketbol üzrə Azərbaycan kubokunda finalçılar MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Basketbol üzrə Azərbaycan kubokunda finalçılar MÜƏYYƏNLƏŞDİ

127221

Basketbol üzrə Azərbaycan kubokunda yarımfinal oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, ilk yarımfinal oyununda "Gəncə" və "Neftçi" komandaları üz-üzə gəlib. Yerli oyunçularının dominant oyunu sayəsində "Gəncə" komandası rəqibi üzərində 83-73 hesablı qələbə qazanaraq ilk finalçı olub.

Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Amil Həmzəyev - 26 xal, 6 ribaund), "Neftçi İK" (Yuriy Kondrakov - 18 xal, 10 ribaund). İkinci yarımfinal qarşılaşması "NTD" və "AAAF Xırdalan" komandaları arasında baş tutub.

Gərgin mübarizə şəratində davam edən oyunun sonunda "NTD" basketbolçuları 91-84 hesablı qələbə qazanaraq adlarını finala yazdırıb.

Ən məhsuldar basketbolçular: "NTD BK" (Londel Kinq - 25 xal, 15 ribaund), "AAAF Xırdalan BK" (Devin Pullum - 23 xal, 5 asist). Beləliklə kubokunda final görüşündə “Gəncə” və “NTD” klubları üz-üzə gələcək.



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO