Bu gün Çempionlar Liqasında daha 2 oyun olacaq

Bu gün Çempionlar Liqasında daha 2 oyun olacaq

Hazırda oxunan: Bu gün Çempionlar Liqasında daha 2 oyun olacaq

12720

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

İspaniya La Liqasının lideri "Atletiko" İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək.

Pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq matça Madrid təmsilçisi bir neçə itki ilə çıxacaq.

Xose Mariya Ximenes, Şime Vrsalko, Ektor Errera, Yannik Karrasko zədə səbəbindən oyunu buraxacaqlar. London klubunda isə Tiaqu Silva və Temmi Abrahamın bu görüşdə forma geyinməsi sual altındadır.

Gecənin digər matçı İtaliyada olacaq. "Latsio" öz meydanında turnirin son qalibi olan Almaniya "Bavariya"sını sınağa çəkəcək.

Qonaqlardan Aleksandr Nübel, Benjamin Pavar, Duqlas Kosta, Korenten Tolisso, Serj Qnabri və Tomas Müllerin oynamayacağı dəqiqdir.

Meydan sahiblərindən isə Ştefan Radu zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Digər zədəli Tomas Strakoşanın oynayıb-oynamayacağı isə bilinmir.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)

24:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində Fransa PSJ-si İspaniyanın "Barselona" komandasına 4:1, İngiltərə "Liverpul"u Almaniyanın "Leyptsiq" kollektivinə 2:0, Portuqaliya "Portu"su İtaliya "Yuventus"una 2:1, Almaniyanın "Borussiya" (Dortmund) klubu isə İspaniya "Sevilya"sına 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək.

İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə, İngiltərənin "Mançester Siti" komandası isə Macarıstanın paytaxtı Budapeştdə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO