Nazənin:

Nazənin: "Şəbnəm bətnində körpəsi ilə intihar edəcəkdi" - VİDEO

Hazırda oxunan: Nazənin: "Şəbnəm bətnində körpəsi ilə intihar edəcəkdi" - VİDEO

127162

Müğənni Nazənin Salayeva həmkarı Şəbnəm Tovuzlu ilə bağlı şok açıqlama ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Həyat tərzi" verilişində Şəbnəmin hamilə olduğu dövrdə intihara əl atmaq istədiyini bildirib.

“Şəbnəm bu camiyəyə təzə çıxmışdı, hamı onu baltalayırdı. O ağlayanda, onla ağlamışam, güləndə gülmüşəm. Jurnalistlərə yanlış məlumatlar verirdilər. Balası hələ bətnində idi, özünü öldürmək dərəcəsinə çatmışdı. Bir dəfə biz Gürcüstana uçurduq. İnanın ki, düşənə qədər ürəyim partladı ki, qız özünə bir şey edər. Canlı verilişlərə çıxırdı. Reklamda aprıcını yığıb xahiş edirdim ki, mənim xətrim varsa, o qıza artıq sual verməyin. Yoldaşı baxır, yaxşı deyil”.

Şəbnəm Tovuzlu isə Nazəninin dilə gətirdiyi bu fikirlərinə belə reaksiya verib: 

“Yaxşı ki, o dövrdə ən başda həyat yoldaşım yanımda oldu. Nazənin xanım və Lamiyyə xanım (Aparıcı Lamiyyə Ələkbərqızı – red.) məni qorudu. Bunu heç vaxt itirmərəm. Reytinq üçün hər şeyi edirdilər”, -deyə o, əlavə edib.

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO