“Azərbaycanda çoxu məsuliyyəti anlamadan oruc tutur” – FAZİL MUSTAFA 

“Azərbaycanda çoxu məsuliyyəti anlamadan oruc tutur” – FAZİL MUSTAFA 

Hazırda oxunan: “Azərbaycanda çoxu məsuliyyəti anlamadan oruc tutur” – FAZİL MUSTAFA 

127150

“Oruc tutmaq, namaz qılmaq, Həcc ziyarətinə getmək kimi ibadətlər insana imtiyaz deyil, daha artıq məsuliyyət yükləyir. Azərbaycanda insanların xeyli hissəsi məhz məsuliyyəti anlamadan bu ibadətləri edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial hesabında qeyd edib.

Onun sözlərinə görə beş nəfər tanınmış insan oruc tutur, digərləri tutmursa, bu istər-istəməz digərlərinin sanki milli -mənəvi dəyərlərə laqeyd yanaşması düşüncəsini ortaya qoyur:

“Çevrədə fərqliliyini göstərmək, hansısa icmaya mənsub olmaq, öz şəxsiyyətini dindar obrazda təqdim etməklə etibarlılq qazanmaq məqsədi güdürlər. Nə gözəl deyilmiş, mənə insanlığınızı göstərin, dindarlığınızı, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz. Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır.  Ali insan dəyərlərinə sahib olan hər kəs, fikrimcə, ibadətli-ibadətsiz olsun, İslam dininin yetişdirməyi hədəflədiyi insandır!”, - deyə deputat əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO