“Mən elə düşünürəm ki, martın 30-da ABŞ-da keçiriləcək “Demokratiya sammiti”nə dəvət olunmayan dövlətlər öz daxili və xarici siyasətini suveren olaraq idarə edirlər. Bu ölkələrin başında hansısa təzyiq altında qalmayan siyasətçilər durur”.
Bu fikirləri Bizim.Media-ya ABŞ-da keçiriləcək “Demokratiya sammiti”ni şərh edərkən rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-ın “demokratiya çubuğu” - Bu dəfə də sehir yarada bilmədi
Tədbirin sadəcə adında demokratiya olduğunu, lakin dəvət edilən iştirakçıların demokratik dəyərlərdən uzaq olduğuna diqqət çəkən Korotçenko Ermənistanın tədbirdə iştirakına da təəccübünü gizlətmir:
“Bu baxımdan biz Amerika Birləşmiş Ştatlarının (ABŞ) təssəvür etdiyi “demokratik” ölkələrdən deyilik. ABŞ üçün demokratik olan bu xırda zəif ölkələr isə özləri üçün demokratik sammit hesab etdikləri tədbirdə təbii ki, iştirak edəcəklər. Ermənistanın orda iştirak etməyinə gəlincə isə o mənim heç vecimə də deyil.
Bir şeyi vurğulamaq istərdim ki, hazırki məqamda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müqaviləsinə əsasən Rusiya ilə bir sıra mövqelərədə hərbi müttəfiqidir.
Belə qərarları verəndə isə Ermənistan bir daha düşünməlidir ki, o, Rusiyanın müttəfiqidir. Əgər Ermənistan düşünür ki, o, ABŞ ilə hansısa məsələlərdə keçirdikləri sammit çərçivəsində nə isə razılaşdıra biləcək, hansısa əlaqələri quracaq, onda ABŞ bayrağını qaldırsınlar”, - deyə İ.Korotçenko əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media