Zaqatalada toxumçuluq təsərrüfatının vəziyyəti necədir? – SON DURUM

Zaqatalada toxumçuluq təsərrüfatının vəziyyəti necədir? – SON DURUM

Hazırda oxunan: Zaqatalada toxumçuluq təsərrüfatının vəziyyəti necədir? – SON DURUM

127026

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi-tədqiqat müəssisəsi olan Zaqatala Yardımçı Təcrübə Təsərrüfatı Birliyi uzun illərdir ki, dənli və texniki bitkilərdən seçmə yolu ilə daha keyfiyyətli sort və hibridlərinin alınması, yüksək reproduksiyalı toxumların əldə edilməsi və bu sortların özəl fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətində elmi-tədqiqat işləri aparır.

Bizim.Media xəbər verir ki, müəssisənin əsas təsərrüfat fəaliyyəti dənli taxıl bitkilərinin ilkin toxumçuluğunun təşkili, yüksək reproduksiyalı super elit və elit toxumların artırılması, eyni zamanda, yeni sortların yaradılması və toxumçuluq təsərrüfatlarına tövsiyə edilməsindən ibarətdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana toxum idxalı 3 dəfədən çox artırılacaq


Birliyin əməkdaşları dənli və texniki bitkilərin seçmə yolu ilə daha keyfiyyətli sort və hibridlərin alınması, yüksək reproduksiyalı toxumun əldə olunması istiqamətində elmi-tədqiqat işlərini rayonun 3 müxtəlif sahəsində həyata keçirir.

Buraya dəniz səviyyəsindən 500 metr hündürlükdə, dağətəyi zonada yerləşən Pərzivan və dəniz səviyyəsindən 300 metr hündürlükdə yerləşən Tasançöl sahələri, həmçinin dəniz səviyyəsindən 220 metr hündürlükdə yerləşən, Alazan vadisini əhatə edən Danaçı məntəqəsi daxildir.

Nəticələr, faktlar...

Bəs Zaqatala Yardımçı Təcrübə Təsərrüfatı Birliyi fermerləri keyfiyyətli toxumla təmin edə bilirmi?

Ötən təsərrüfat ilində müəssisədə 123,3 ton super elit və elit buğda, 50,1 ton arpa toxumu istehsal edilərək, Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında taxılçılıqla məşğul olan rayonların toxumçuluq təsərrüfatına verilib. Eyni zamanda, keçən il müəssisədə 2 tondan çox yüksək reproduksiyalı qarğıdalı toxumu da istehsal edilib. Stansiyada quraşdırılmış toxumtəmizləmə qurğusundan yerli fermerlər də faydalanıblar. Belə ki, ötən il bu qurğunun köməyi ilə fermerlərə məxsus 100 tonadək buğda və arpa təmizlənib.

Planda nələr nəzərdə tutulur?

Cari ilin məhsulu üçün müəssisə tərəfindən 112,7 hektarı buğda, 12 hektarı arpa olmaqla, 124,7 hektara taxıl səpilib. Martın axırı - aprelin əvvəllərində 10 hektarda qarğıdalı əkilməsi də nəzərdə tutulur.

Hazırda Zaqatala Yardımçı Təcrübə Təsərrüfatı Birliyində 19 əməkdaş çalışır. Müəssisə mövcud perspektivli sortların artırılması, yeni, daha yüksək keyfiyyət göstəricilərinə malik sortların yaradılması, özəl fermer təsərrüfatlarına yeni məhsuldar sortlar barədə məlumat və tövsiyələrin verilməsi istiqamətində elmi-tədqiqat və təsərrüfat fəaliyyətini davam etdirir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO