Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb - VİDEO

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb - VİDEO

Hazırda oxunan: Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb - VİDEO

126969

Ərdəbilli sənətçi və yazıçı Hüseyn Həsənnejad anası ilə birlikdə Ərdəbil kəndlərində uşaqlara Azərbaycan dilində kitablar paylayıb. 

Bizim.Media xəbər verir ki, bundan öncə də güneyli sənətçi oxşar mədəni aksiyalar keçirib və Azərbaycan kəndlərində uşaqlara Ana dilinə rəğbət yaratmaq üçün Azərbaycan dilində kitab paylama kampaniyası keçirmişdi.

O, Xoyda baş verən zəlzələdən zərər çəkən uşaqlara dəstək üçün əsərlərini satıb onlara yardım edib. 

"Anamın əhval-ruhiyyəsini sevirəm. Xəstəliyinə baxmayaraq, uşaqlara türkcə kitab hədiyyə etməklə yeni günəş ilinin ilk gününü başladı" - deyə güneyli sənətçi özünün sosial media hesabında yazıb.  
 


Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO